Şrift:
Qırğızıstanın KABAR xəbər agentliyinin baş direktoru Kubanıçbek Taabaldiyev
29.02.2020 [09:29] - Xəbərlər, Siyasət
- Hörmətli həmkarlar, dostlar, əziz Aslan Aslanov Sizin hamınızı Bişkekdən salamlayıram. Sizi AZƏRTAC-ın yüzillik yubileyi münasibətilə KABAR agentliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. AZƏRTAC bu yüz il ərzində böyük təcrübə toplayıb. O, hamı üçün Azərbaycan haqqında etibarlı informasiya mənbəyidir, bütün dünyada haqlı olaraq böyük nüfuz və hörmət qazanıb. Onun yaxın keçmişdə üç il müddətinə OANA kimi iri təşkilata başçılıq etməsi bunun şəksiz təsdiqidir. AZƏRTAC MDB ölkələrində, agentliklərimizin üzv olduqları Birlik ölkələrinin İnformasiya Şurasında öz nüfuzu ilə yaxşı tanınır. Biz dostluq münasibətlərimizi əziz tuturuq. Əminəm ki, AZƏRTAC öz işini bundan sonra da uğurla davam etdirəcək və yaxşı nəticələrə imza atacaq. Çox hörmətli Aslan Aslanov kimi rəhbərlə başqa cür ola da bilməz. Qoy bu yüzillik yubiley agentliyin tarixində bütün Azərbaycanın rifahı naminə yeni mərhələnin başlanğıcını qoysun.

Hörmətli Aslan Aslanov, Sizə və AZƏRTAC-ın kollektivinə möhkəm cansağlığı, agentliyinizə və bütün Azərbaycana tərəqqi və böyük uğurlar arzu edirəm.
Bu xəbər oxucular tərəfindən 226 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed