Şrift:
İranda iki minik avtomobili toqquşub. 9 nəfər ölüb, 1 nəfər yaralanıb
29.02.2020 [09:36] - Güney Azərbaycan xəbərləri
İranın Yəzd əyalətində iki minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər ölüb, 1 nəfər yaralanıb.



Hadisə, fevralın 27-si yerli vaxtla axşam saat 20:20 radələrində Yəzd şəhərinin Zarəç-Əşkezer istiqamətində baş verib. Yüksək sürətlə üz-üzə gələn “Prayd” və “Peugeot” markalı minik avtomobilləri naməlum səbəbə görə bir-biri ilə toqqoşub. Qəza nəticədə hər iki avtomobilin 9 sərnişini yerindəcə ölüb, 1-i ağır yaralanıb.



Xəstəxanaya yerləşdirilən yaralı sərnişinin səhhətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.



Qeyd edək ki, İranda hər il baş verən yol-nəqliyyat hadisələrində 30 minə yaxın insan həyatını itirir.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed