Şrift:
“Traxtur” gözlənilməz şəkildə uduzdu – “Pars Cənubi” komandasına
29.02.2020 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cəm şəhərinin Təxti stadionunda bu şəhərin “Pars Cənubi” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş bu dəqiqələrdə gözlənilməz hesabla başa çatıb.



İran üzrə futbol klublarının super liqa yarışlarının 21-ci həftəsində keçirilən qarşılaşma 1:0 hesabı ilə “Pars Cənubi”nin xeyirinə yekunlaşıb.



Oyunda yeganə qolu vuran 35-ci dəqiqədə Nima İntizari olub.



Beləliklə Azərbaycan komandası 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, “Pars Cənubi” isə öz mövqeyini gücləndirərək 20 xalla cədvəlin 12-ci pilləsində yer alıb.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed