Şrift:
İran Parlamentinin 4 deputatı koronavirusa yoluxub
29.02.2020 [09:55] - Güney Azərbaycan xəbərləri
İran Milli Məclisinin deputatı Məhəmmədəli Vəkili 4 deputatın koronavirus analizinin müsbət çıxdığını elan edib.



O, bu barədə məlumatı bu gün öz “Twitter” səhifəsin də yazsa da, həmin deputatların adlarını açıqlamayıb.



Xatırladaq ki, ötən gün deputat Əbülfəz Həsənbeygi bir neçə millət vəkilinin koronavirusa yoluxduğunu, onların içərisidən Qumdan olan deputat Əhməd Əmirabadi Fərəhaninin vəziyyətinin çox ağır olduğunu demişdi.



O, həmçinin qeyd etmişdi ki, bir neçə millət vəkilinin də halı pis olduğundan, onlardan nümunələr götürülüb və analizlərin cavabı bir neçə günə açıqlanacaq.



Görünür, həmin deputatların analizlərinin nəticəsi açıqlandığına görə, bu gün Məhəmmədəli Vəkili bu cür məlumat yayıb.



Qeyd etmək lazımdır ki, son günlər ərzində bir neçə iranlı rəsminin koronavirusa yoluxduğu ilə bağlı xəbərlər yayılır.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed