Şrift:
Tacikistan portalı Azərbaycanla bağlı məqalə yayıb
29.02.2020 [12:11] - Türk dünyası-Turan
Tacikistanın sugdnews.com portalı müxbir Salimaxon Vaxobzadenin Azərbaycanda keçirilən parlament seçkiləri, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı rus dilində geniş məqaləsini verib.

Materialda fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri barədə ətraflı məlumat verilir, bu böyük siyasi kampaniyada dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlərin iştirak etdiyi bildirilir.

Jurnalist məqalədə Bakı şəhərinin tarixi, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Dənizkənarı park, buradakı müasir otellər haqqında məlumat verir, Azərbaycanda turizmin inkişafından danışır. Yazıda Bakı metrosunun nadir memarlıq abidəsi olduğu vurğulanır. Qeyd edilir ki, “yeraltı şəhər”in dizaynında ölkənin tarixi və mədəniyyəti əks edilib. Diqqətə çatdırılır ki, hazırda ümumi uzunluğu 37 kilometr olan metronun 25 stansiyası fəaliyyətdədir, bu yaxınlarda daha üç stansiya istifadəyə verilməlidir.

Yazıda Bakıdakı muzeylər haqqında da söhbət açılır, burada çəkilən məşhur filmlər sadalanır, şəhərdən 30 kilometr məsafədə yerləşən “Atəşgah” abidəsi barədə oxuculara məlumat verilir, “Yanardağ” möcüzəsindən danışılır.

Müəllif, həmçinin Azərbaycanın milli təamlarından söhbət açır, xalqımızın qonaqpərvərliyinin onu valeh etdiyini vurğulayır.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed