Şrift:
“Qara qızıl”ın qiyməti son iki ilin minimumuna enib
29.02.2020 [12:16] - İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti son iki ilin minimum səviyyəsinə düşüb.

Buna səbəb artıq bir çox ölkədə yayılan koronavirusun qlobal iqtisadi artıma mənfi təsir edəcəyi, eləcə də tədarükün bol olduğu şəraitdə tələbatın aşağı istiqamətli dəyişməsi ilə bağlı narahatlıqların artmasıdır. Belə ki, dünya iqtisadiyyatı 2009-cu ildən bəri ən pis nəticələrini göstərə bilər. Neftin qiyməti isə 2011-ci ildən indiyədək ən böyük həftəlik itkisini reallaşdırıb. Xam neftin qiyməti bu il təxminən 14 faiz ucuzlaşıb.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 55,52 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 44,76 dollara satılır.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed