Şrift:
Quşqusuz Babək Cavanşir ibn Mehran Baharlı Eyvaz Tahanın Türkiyə üzüdür!
29.02.2020 [13:21] - Gündəm
Yaşamım boyu nə kimsənin önündə, nə də arxasında durdum. İnsanları birinci, ikinci, üçüncülüyə ayırmadım. "Böyük İnsan" sözünü başqa canlılar kimi yalnız fiziksəl olaraq alqılaram. Bu doğrultuda nə Neçeyə, nə də Parıyalara sayqım oldu. Savaşım özəl deyil, gənəl toplumsal, siyasal, düşünsəl ilkələr üçündür. Ad-sana, çıxara, yandaşlığa boyun əymədim. Buna görə də kimsəylə özəl sorunlarım olmadı. Savaşım yalnız düşünsəl ilkələrim üçün olmuş, olacaqdır da. B. Cavanşirlərlə də özəl heç bir sorunum yoxdur. Özünü də tanımam, Adını da son bir neçə aydır facebook da paylaşılarından duymuşam. Sorunum onun ikinci, üçüncü əllik düşüncələriylədir. Özünə sayqı duyan biri ikinci, üçüncü əllik düşüncələrlə aydınlıq pozu verməz...
Keçən yazıda Eyvaz Tahayla bağlı qısaca bilgi verdim. Azacıq ona yenə dönmək istəyirəm.
SSRİ dağılmaq üzrəykən Quzey Azərbaycan Qarabağdan dolayı SSRİ-ni silkləyirdi. Toplumun bütünü ayağa qalxmışdı. Bundan yararalanan Quzey Azərbaycanın budunsal gücləri Bütöv Azərbaycan sloqanlarını da ucaldırdılar. İran adlı bir ölkənin siyasətçilərini qorxu basmışdı. Onlar bütün güclərini Quzeydə yüksələn Bütöv Azərbaycan düşüncəsini basdırmağa qarşı siyasət yürütməyə başladılar. O dönəmdə Əkbər Gənci bəlli gizli raporunda yazırdı: "İranın artıq Avropada gizli güvənlik güclərinə gərəksim yoxdur. İran gecikmədən bu gizli gücləri türlü yollarla Quzey Azərbaycana yollamalı, oranın iç işlərində, buduncu güclərində etgili olmalı, bağımsızlığını önləməlidir... Bu olmazsa, bir qarış Azərbaycan adında bağımsız devlət, iranın dağılması deməkdir. .."
İran Qarabağ sorununda açıqca Ermənistanı qollamağa başladı. Ermənilərə açıqca siyasal, ticarı, əsgəri kömək etməyə başladı. Yaqub Məmmədovun irana aldanması eləcə də 1993-cü ildə başkənd Bakının Səkkizinci Mikrorayonda tutuqlanan iran casusluq qurumu da bu siyasətin sonucuydu. İran Quzeyi etgiləmək üçün E.Tahanın başqanlığında öncə Tehranda “İslmaı Birlik” gündəci (qəzet), “Yol” dərgisini Türkcə buraxdı. Sonra Quzeydə siyasal boşluğu görüb, bunları Quzeyə daşıdı. Bu yayınların adını dəyişib Quzeydə “Şəhriyar” adlı gündəclə “Cahan” adında dərgi kimi gündəmə gətirdi. Bu yayınların heç birinin qarşılığı alınmamışdı. Bu yayınları biriləri öz çıxarları üçün irana qarşılıqsız vermişdilər. Quzeydə siyasal boşluğu görən iran ticarət, siyasət, əkinsəl, toplumsal qurumlar yaratdı. Özət olaraq desəm,əliaçıqlıq edən iran Quzey Azərbaucanda devlət içində devlət yaradandan sonra, daha Quzeyin Güneyi etgiliyəcək gücünü azatdığını düşünərək, tahaları yenidən Güneyə geri götürdü. Bu gün Əbu Taha sözdə devlət qarşıdı aydın kimi Güneydə budunsal yörədə dağıdıcılıqla uğraşır.
Bir qonuyu daha açıqlayım. Əkbər Gəncinin gizli raporunu İranın dış işlərindən yoldaşlar üzünü çıxarandan neçə ay sonra, Tahanın masası üstündə gördülər. Bu yoldaşlardan biri bir gün gəlib belə bir raporun olduğunu dedi. Dedi: "Onu ondan oğurlamaq istəyirəm." Dedim: "Özünü təhlükəyə salma gərək yoxdur. Raporun üzünü Quzeyə çoxdan yollamışıq." Raporun bir üzünü də C. Heyətə vermişdim. İndi özünü demokrat göstərən Taha bu rapordan, eləcə də bu kimi başqa rapoarlardan heç söz edibmi? Bu idi İranın Tahası Quzey Azərbaycanda.

Türkiyənin Eyvaz Tahası qonumunda olan Babək Cavanşirdimi?

Son dönəm yazılarından tanıdığım B. Cavanşir quşqusuz bunu deməyə mənə haqq verir. Firdovsinin Turan- iran savaşı tarixsəl bir budunsal savaşdır. Fars budunçuları İslamdan sonra özlərini qorumaq üçün “şubiyə”, “ismailiyə” tipli örgütləriylə əkinsəl, toplumsal, siyasal alanda ayaqda tutmağa çalışdılar. Aldanmış Türk Qızlılbaş boylarıyla Səfəvi dönəmində gizli olaraq yenidən siyasal güc əldə etdilər. Şah abbas dönəmində Qızılbaş boyları yerinə Şahsevənlərin oluşumu, eləcə də başkəndin İsfahana köçürülməsi bütünüylə siyasal, əkinsəl ağırlığı farslara verdi. Budunbetim
(etnografi) yazın üstünlüyü bütünüylə fars egemənliyinə keçdi. Ondan sonra farslar Türk sarayları içində də geniş siyasal gücə çevrildilər. Şiəçiliyi bir fars əkinsəl, tolumsal, siyasal arc olaraq görən fars budunçu çevrəsi, ondan sonra şiəçiliyə qarşı qoymanı da fars düşmənliyi olaraq gördü. Şiə- sünnü birliyini istəyən Nadir Şahı Ovşarı bu nədənlə teror etdilər. Məlikşahla Nadir şah terorru arasında belə bir bağ var. Hüseyn Cavid lə Nəriman Nərimanov bu nədənlə onları yazına daşımışlar.
Fars siyasal, əkinsəl yükünü daşıyan şiə iran, Türk düşmənliyin tarixsəl bəllləyində bu günə kimi daşımaqdadır. Günümz iranda Firdovsinin “Şahnamə”si ilk oxullardan bilimyurdlarına kimi oxudurlarsa, bunun toplumda , devlət siyasətinin gündəmində olduğu deməkdir. Bu siysət gərəyi İran Türkiyəni, Türk adının anlamdaşı (sinonim) olan Azərbaycanı düşmən görür, sürəkil on aqarşı siyasət uyğulur. Rzan Pəhləvidən sonra bu qonu ən başlıca qonu durumuna gətirildi. Devlət politiklarını bu doğurltuda düzənləyib uyğuladı. Türkiyənin siyasal, əkinsəl, toplumsal, bölgəsəl programlarına qarşı programlar uyğuladı. İslam devrimindn sonra iç siyasətdə dəyişikliklər oldusa, yenə Türklərə qarşı düşmənçilik siyasəti olduğu kimi içdə də, dışda da sürdürüldü. Pəhləvi dönəmindən daha çox Türklərə qarşı siyasal yazın gəlişdirildi. Şoven siyasətin düşünürləri yenə devlətin başında görəvlərindəydilər. Fars siyasətçiləri Türklərə qarşı əritmə siyasətini içəridə toplumsal, əkinsəl, ekonomi yöndə apardıqları kimi, Türkləri qomşuluqlarında olan Türk topluluqlarının etgisindən qorumaq üçün də dərin siyasət yürüdürdülər. Örnəyin,İranın əski başbaxanlarından olan M.Ə. Fruği sevinərək belə yazırdı: "Artıq Türkiyədə ərəb imcələrindən latin imcələrinə keçdilər. İndi Güney Azərbaycan Türkləri Türkiyədə çıxan yayınları oxuyamazlar. Bundan dolayı Türkiyənin etgisi azalar..." Ancaq indi tərsini düşünürlər. O dönəm ərəb imcələrindən qorxan iran siyasıtçiləri, indi latın imcələrindən qorxur. Onu Güneydə yasaqladılar. Özət olaraq demək istədiyim, iran siyasəti Güney Azərbaycan Türklərini Türkiyə, Quzey Azərbaycan etgiləşimindən uzaq tutub əritmək istəyir. Bu doğrultuda çox gizli, eləcə də güclü siyasət yürüdür. Eyvaz Taha, B. Cavanşirlər də bu siyasətin kiçik oyuncaqları. İran bir yandan Türkcə bitiklərə, yayınlara yasaq gətirər, bir yandan da yalançı fars tarixi, əkini bilgiləriylə toplumu basqı altında saxlamışdır. Dışarının bağlarını da belə yanlış bilgiləndirmələrlə (dezinformasiya) gerçəklərdən uzaq yalıtım (izolə) altında tutmuşdur.
Son 30 ildə Quzeyin bağımsızlığının etgisində Güneydə budunsal oyanış daha geniş yayılmağa başlamşdır. Bu bağlamda çoxlu erginlər (gənclər) Quzeydə, Türkiyədə dil, tarix, siyasət alanlarında eytim almağa getdilər. Onlar Güneyə donatımlı dönüb, budunsal devinimi blimsəl yöndə etgilədilər. Bu etgiləşim budunsal düşüncənin siyasal, toplumsal yazınının oluşumuna nədən oldu. Bu Güney Azərbaycanın siyasal, Toplumsal tarixində taysız bir yenilikdi. Bundan sonra Güneydə toplumsal, əkinsəl örügütlənmələrə başladı. Bu örgütlər günümüzdə Güney Azərbaycanda budunsal devinimi toplumun bütün qatmanlarına etgiləməkdədilər.
İran Güneyi etgiliyəcək gücü Quzeydə türlü yollarla etgiləşdirəndən sonra, bütün gücünü Türkiyəyə qoydu. Türkiyədə Güneyi dərindən etgiliyəcək böyük bir tinsəl, bilimsəl gücün olduğunu iran bilir. Ancaq Türkiyənin devlət gələnəkləri orada oteriter bir boşluğun az yarandığından, iran orada Quzey Azərbaycanda olduğu kimi açıq davrana edə bilmir. Ancaq Güney Azərbaycan Türkünə eləcə də Türkiyədə olan şiələrə verilən olanaqlardan başardıqca yararlanır. Örnəyin, Ayətulla Sabir Həmədaninin İstanbulda məsciddə telsizlə irana bilgi verərkən yaxalanması olayı. 1992.ci ildə yaxalanan bu ayətulla Tehran rejiminin ona verdiyi diplomatik hüququnu önə çəkdi. Beləliklə də Türkiyə onu Tehran rejiminə vermək zorunda qaldı. O isə, buraxılandan sonra 1994-cü ildə Quzey Azərbaycana gedib orada bu işlərini sürdürdü. Quzeydə iranın əliaçıq olduğundan, kimsə ona toxunmadı.
Komple teorisi qurmaq üçün bunları yazmıram. İranın Quzey Azərbaycanla Türkiyədən nədən qorxduğu üçün bunlara deyinməm gərəkir.
10 illərdir Türkiyəylə iran arasında bilimyurdları alanında qarşılıqlı eytim anlaşması var. Bu anlaşmalar gərəyi bəlli sayda Türkiyə bilimyurdlarında farsca dil bölməsi, iran bilmyurdlarında da Tük dili bölmələri açılmalıdır. Türkiyədə on illərdir fars dili bölmüləri açılımış, ancaq iranda on illərdir Türk dili bölmülərinin açılışına izin verilmir. Nədəni bəlli. Bu qorxunu daşıyan iran siyasətçiləri, Quzey etgisini Quzeydən boğdurduqları kimi, Türkiyə etgisini də Türkiyə boğmaq siyasətini izləyirlər.
Dinçilərin əliylə Ayətullah Həmədaniləri Türkiyəyə soxuşduran siyasət, bilim, özəlliklə də Güneyin gərəksim duyduğu Dil, Tarix alanına kimsələri soxuşdurmazmı? İranın ən böyük qorxusu bu alandadır. Ona görə də bütün gücünü bu alana qoymuş, Türkiyənin etgisini bu alanda azatmağa çalışmışdır.
Son 20 ildə Türkiyədə dil, yazın, tarix, siyasət alanında çox bacarqlı, bilikli ergin Güney Azərbaycanlı insanlar yetişmişdir. Bu insanlar Güneyin budunsal devinimi üçün adlarını saydığım alanlarda qılavuzluq edirdilər. Bilgiləri Güneyin gərçəkləriylə çağın gerçəklərini örütüşdürür biçimdəydi. Çox açıqca çəkinmədən yazır, istənilən görərsəl, yazınsal basında gündəmdə olurdular. Onların bu bilikli girişimləri Güneydə sönməz bir ışığın bəlirtisiydi. Mən özlüyümdə: "Artıq Güney Azərbaycan nisgil etdiyimiz siyasal yazının varoluşunu bu insanlarla aşacaq, bu nisgilə son verəcəkdir" umudunu daşıyırdım. Ancaq bir də baxdım bunlar bir-birinə daha güvənmir, girişimci ruh da azalmışdır. Nədənini axtardığımda Güneyli qəzetçi-yazar Səid Mətinpurun tutuqlanmasında gördüm. Sən demə iran Türkiyədə olan bu çevrəyə sızmış, onların bir yerdə danışıqlarını da yaxından izliyə bilirmiş. Bu dönəmlərdə ayama adla Mehran Baharlı özünü “Sözümüz” adlı sitədə, eləcə də başqa yayınsal ağlarda duyurmağa başlamışdı. Öncələri paylaşımları tarix, əski yazınla ilgili olduğu üçün istər-istəməz mən də ilgiləndim. Facebookda bu ayama adlı qrupu yaxından tanıdım. Baxdım bu adamın gerçək işi Güney Azərbaycan Türkünü ikinci bir kimlik kimi əski fars tarixlərinə, yazınına çeynətmək, Güneydə gerçək bir Türkçü siyasal yazının oluşumunu önləməkdir. Bundan sonra qarşı açıq olduğumu önə sürdüm. O dönəm də bir çoxları kimi M. Baharlının bir adam deyil, bir örgüt olduğunu sezdim. Ancaq qanıtsız olduğum üçün üzərinə düşmədim. Keçən yazıda vurğuladığım o mesenger qrupundan sonra, Baharlının bir qrup olduğun anladım. Sonra yazılarını ələşdirisəl mətin (mətnşünaslıq) gözüylə oxudum. Yazıların sətiraltı dedyimlərdə, tümcə ögelerində çelişgilərlə yanaşı, düşüncə boşluqları olduğunu sezdim. Bu düşüncə boşluqları bu yazıların bir əldən çıxmadığını açıq göstərirdi. Örgüt yönəticiləri Güney Azərbaycan devinimini ciddiyə almadlqları üçün, Türkçülük şuar yazınını bilimsəl məntiqin üzərinə oturtmuşdular. Bir sözlə Güney Azərbaycan budunsal devinimiylə məzələnirdilər. Ondan sonra bunların iran devləti örügütü olduğu qanısına vardım.
Sözünü etdiyim Türkiyədə eytim alan Güney erginleri illərdir nisgil etdiyimiz siyasal sözcükləri bir bilimsəl tez olaraq ortaya atdılar. Bu çox önəmli sözcük "Azərbaycan yönümlü" siyasal, əkinsəl, tarixsəl, yazınsal yazını Güney Azərbaycan Türkünə biçimlətməmiz gərəkir. Bu söyləmlə Güney Azərbaycanın bağımsız bir siyasal, toplumsal... güc olmasını ortaya qoyursan. Bu söyləmi Güney Azərbycanlı tarix boyu yaşamışdır, ancaq bağımsız olaraq onu biçimləndirməmişdir. Bu çox önəmli söyləm Azərbaycan Türkünün gerçək Türk kimliyylə yanaşı vətən anlayışını da bəlirtir. Daha Azərbaycanlını İran yönülmü siyasətin ikinci kimliyi köləsi olmur. Bu Azərbaycanlıya Xiyabanı dönəmində olduğu kimi: "Öz əlimiz, öz başımız" düşüncəsi aşılayır. Azərbaycan yönümlü bağımsız düşüncə, Azərbaycan Türk kimliyini bağımsızlaşdırar, Azərbaycan Türk kimliyi düşüncəsi bütün alanlarda biçimləndirər.
Bu yöndə iran siyasətindən başqa bir örnə vermək istəyirəm. Bilindiyi kimi klasik fars qoşuğunu üç (Hind, İraq, Türkistan-Xorasan) biçimə (üslub) ayırarlar. Kökən olaraq gürcü olan Bahar, "Biçəmçilik" bitiyində bu üç biçəmi incələr, ondan örnəklər verər. Orada Qətranlar, Xaqanilər, Nizamilər, Tərbizli Saiblər...də biçəmləriylə dəyərləndirilərlər. Ancaq Azərbaycan biçəmi deyə bir söz edilməz. Demək istədiyim Azərbaycanlı qoşuqçuları içinə alsa da, farscada Azərbaycan biçəmi deyə bir qonuya deyinməz. Çün biçəm qoşuqda yerəl anlam deyil, bətimləmə türlərinə deyilən bir qavramdır. Ancaq Azərbaycanı fars köklü iran coğrafiyasına bütün yönləriylə bağlamaq üçün, hansısa bir anlama, biçəm dayanağı olmadan, farsca yazan Azərbaycan Türklərindən bir Azərbaycan biçəmi" də gündəmə gətirdilər. Bunu gündəmə gətirən iran güvənlik güclərinin uzmanlarından Əsgər Fərdiydi. Belə Azərbaycanlılar illərdir Güney Azərbaycanın yazınsal çevrəsində vardılar. İran bu işləriylə Güney Azərbaycan Türkünə əkinsəl psikoloji etgiləşimi aşılamaq istəyirdi. Bilgisiz toplum da bunlara boyun əyir, Türkcəyə, elə də Türk tarixinə güvən, övünc duyur, manqurdsayağı özyadırğamağa üz qoyur. Buna görə Güney Azərbaycan Türkünün yarısından çoxu Türkcədən, Türk tarixindən Türk yazınından bilgisizdir. Yarısından çoxu Türkcənin yazın dili olduğunu bilməz desəm yanlış olmaz. Nədəni bu əkinsəl psikoloji etgiləşim paradiqamlarının 10 illərdir sıx olaraq türlü yollarla Güney Azərbaycan Türkünə uyğulanmasında yatır. İran bu yolda özümüdən olan Kəsrəvilərdən, Karənglərdən, İranşəhrlərdən... yararlanır.
Yuxarıda deyindiyim Azərbaycan yönümlü siyasal, əkinsəl, toplumsal... düşüncə düzəninə qarşı tarixsəl, bilimsəl gerçəklərdən uzaq, ancaq çağın siyasal sloqanına uyacaq "Türkeli" söyləmini ortaya atdı. Türkiyə, Quzey Azərbaycan, Güney Azərbaycan siyasal, toplumsal tarixində son yüz ildə türlü siyasal dünyagörüşündən qaynaqlanan Türkçülük, Azərbaycançılıq savaşını başlatdı. Bu boşluğu dəyərləndirən iranın Türk düşmənliyi siyasəti, siyasal tarix bilgisindən yoxsun, birilərini də Türkeli toruna saldı. Nə yaxşı sayları çox deyil. Türk deyəndə düşüncə yürütmək yerinə əlləriylə bozqurd göstərməkdən ötəyə getməyənlər içində yandaş tapdı.
İslam Ensiklopediyası yanında Osmanlı, Ortadoğu, Balkanlar bölməsi iranın bu bölgədə güvənlik güclərinin düşünsəl yuvasıdır. Bu düşüncələri orada ürətib, Quzey Azərbaycanda, Türkiyədə, Balkanlarda, Güney Azərbaycanda uyğulayırlar. "Türkeli" söyləmi də burada doğub, Türkiyə üzərindən yenidən Güney Azərbaycana döndürüldü.

"Türkeli" söyləminin Güney Azərbaycan deviniminə vurduğu ziyanlar:

1- Güneylidən tarixə söykənən vətən anlayışını devinimdən yox etmək.
2- Güney Azərbaycan Türkünün tarix bəlləyini silmək. Fars siyasi tarixçilərinin iddaları kimi Türkləri buraya köçmən kimi göstərmək.
3- Türk sözüylə Azərbaycan sözünün eşanlamlı olduğuna inandırmamaq. Bu nədənlə açıqlamalarında sürəkli Azərbaycan yeradını (toponimini) fars, ərəb, yunan dili üzərindən özəladlarla (onomastik), günəş dilquramı üzərindən səsbilgisi (fonetik) yoluyla tanımlamağa çalışarlar. Nədənsə ən məntiqlisi olan, özü də kökənbilgisiylə (etimolgiya) anlambilgisi (semantik) uyum içində olan, daha önəmlisi iki Türkün əski Tarix qaynaqlarında (Came ət təvarix, Burhane qate) yansıyan tanımlamaya yer verməzlər. İndiyə kimi heç bir qayanaq, heç bir tarixçi, dilçi belə saydam kökənbigisi tanımı ortaya qoymamışdır. Az Orhun Yenisey yazıtlarında da geçər bir Türk boyu. Ər, adam, insan bu söz də o yazıtlarda var. Bay, bəy yenə Türkcə, Qan sözü də Türkcədə yer bildirən sonluqdur. Biləqan, Tufarqan, Zanqan, Talaqan... kimi. Qan əkindən Türkcədə yer adı, düzəldildiyi kimi, çoxlu önad da (sifət də) düzəldilmiş, işləkdir: "Sıxılqan, alınqan, qırılqan çalışqan, yapışqan, sürüngən, devingən dövüşkən..." Göründüyü kimi belə açıq (AZ-ƏR- BƏY- QAN) bir anlamı olan yeradını ağıza almadan özgələrinin siyasal tarixləriylə, uyduruq dilbilgiləriylə düşmənçiliyinin bir nədəni olması gərəkir. Bu iki tarix, dilçilik qaynaqları bütün qonularda nədənsə fars tarixçilləriylə, dilçilərinə qaynaq sayılır, ancaq Türkdən, Türkcədən söz edilərkən unudulur? Buna görə bu siyasətin qaynağı Türk düşməni tehrandır.
4 – Azərbaycanı bir devlət anlayışından çıxarıb, bölgəsəl bir yönətim duruma endirmək. Dünyada heç bir devlətin tarix böyü bəlli bir sınır içində olması olanaqsızdır. Devlətlər türlü dönəmlərdə siyasal güclərinə görə sınırlanmışlar. Heç bir devlətin tarix böyü bir ölçüdə devləti olmamşdır. Azərbaycan da elədir. Türlü qaynaqlarda Xələcdən, Dərbəndə kimi də Azərbaycan toprqları olmuşdur. Bilindiyi təkin Xələc sözünün kökəniylə bağlı da “Came təvarix”də gözəl bir tanımlama vardır, eləcə də Qəzvin sözünün. Bu iki tanımlama da çox gerçəyi yansıdır. Xələc bölgəsi Ərak, Qum, Qışlaq (Gərmsar) Tehran, Rey, Kərəc bölgələrini içinə alar. Ondan sonra Beşoymaq (Xəmsə) Zəngan, Əbhər (Xorəmdərə...) Həmədan, Doğu Azərbaycan, Batı Azərbaycan, Ərdəbil vilayətlərindən. Bu gün Güney Azərbaycanın tarixə bəlli olan torpaqlarında Doğu, Batı Azərbaycan, Ərdəbli, Zəngan, Həmədan, Qəzvin (bu altı vilayət Rza Pəhləvidən sonra Azərbaycandan ayrılmışlar. Örnəyin Zəngan 1976-cı ildə, Ərdəbil daha sonra ayrılmışlar. Ərak, Qum, Tehran kimi viyalətlər yer alırlar. Bu viyalətlərdə hardasa, iran nufusunun yüzdə 60- dan çoxu yaşayır. Bunların da ən azından yüzdə 80-ni Türklərdilər.
5- Azərbaycan Türkünü devlətçilik anlayışından uzaq sunmaq, onları iran siyasal yazınında ,yasalarında tanımlandığı kimi bölgəsəl kiçik bir azınlıq olaraq göstərmək istəyirlər.
6 – Azərbaycan Türkündən son yüz idə damla-damla toplanan Türkçülük yazınını yox etmək. Buna görə sürəkli Türkçü düşünən Azərbaycan siyasətçilərinə saldırırlar. Məmməd Əmin Rəsulzədəyə Tehran məclisindən dönüb: "Biz Şeyixin qalıtlarıyıq (varies). Biz sinfi savaş deyil, budunçu savaş aparırıq", deyən Pişəvərinin bu yönünü görməzlər. Keşmişdəki yalnışlarını qabardarlar. Xiyabanının Qafqazdan dönüşündə
"Məşrutə Azərbaycanı xarabaya çevirdi..." sözlərni anmaz, ondan öncə ümmətçilik yanlışlarını gündəmdə tutarlar. Onun sağ qolu Türkçü, ünlü Türk aydını Tağı Rüfətin adını belə ağızlarına almazlar. Çün, ağızlarına alarlarsa, böyük bir Türkçü tarixin Güneydə yarandığını demiş olarlar. İran güvənliyi Türkeli söyləmiylə son yüzildə baş vermiş Azərbaycanda Türkçülük tarixini yalıtaraq (izolə edərək) toplumu boşluqda buraxmaq istəyir.
7- Güneydə biçimlənməkdə olan Azərbaycan yönümlü siyasal, toplumsal, əkinsəl, qurumsal yazını yox etmək başqa bir ərəkdir. Bu budunsal yazını Güney çox rahat qazanmamışdır. Bunda yüzlərlə aydının çox özverili əməyi olmuşdur. Bu yolda 19-cu yüzildən bəri Quzeyli, Güneyli aydınlar böyük işlər, önəmli düşüncələr ortaya qoymuşlar. Beləliklə Türk öbəkli Quzey Azərbaycanda bir kimlik düşüncəsi biçimlənmişdir. M.Ə. Rəsulazdə "Açıq söz"də toplumu ümətçilikdən budunçuluğa götürən bir sürəc başlatmışdır. Bunun sonucunda Quzeydə Türkçülük toplumsal boyut qazanmışdır. Azərbaycançılığı Türkçülükdən yalnızca Türk düşmənləri ayırarlar. Yalnız onlar Quzey Azərbaycana "Aran, ya Qafqaz Albanıyası" (Türk düşməni İnayətullah Rzanın bitiyinin adı) deyirlər. Rüşdiyə, Sabir, Cəlil..., Şukuhi, Hidəci, Sahir, Şəhriyar, Səhənd, Tərbizli Əli, H.Nütqü, C. Heyət...lər bu Türkçü yazının yaranması üçün çalışmışlar. İndi Azərbaycandan Türkçülüyü silmək nəyin nəsi ola bilər? Azərbaycanda Türkçülüyü kəsrəviliklə stalinçiliklə baltalayanlar, Kəsrəvinin, Rza PƏhləvinin, Stalinin işini görmürlərmi? Son 100 ildə biçimlənən Azərbaycan yönümlü Türkçülükdən irandan sonra kim qorxur? İran Azərbaycan adının belə çəkinməsindən qorxur. Buna görə 28 ildir bağımsız olan Quzey Azərbaycana yenə Bakı Devləti deyir. Bağımsız, gəlişmiş Azərbaycan adında bir devlətin qorxusu yalnız yarısını dustaq etmiş iranda vardır. Bunu önləmək üçün, milyonlar xərcləyir. Bu xərclənən milyonların çoxu Türkiyəylə Quzey Azərbaycanda olur.
8- Azərbaycan (Azərbayqan) sözünü Türklərlə eşanlamlı bilməyən bu insanlar, Göyütüklərdən (bilindiyi kimi bir devlət adı olaraq açıqca ilk işləniş dönəmidir. Çin qaynaqlarında Türk adına yaxın işlənmə bir ayrı qonudur) öncə Öntürklərin (Prorto Türk) varlığına necə baxırlar? Olmaya Türklərin varoluşunu Göytürklərlə başladığınımı deyirlər? Olmaya Göytürklərdən sonra onlarla Türk devlətlərinin adına Türkmü demişdilər? Türkün nəyinə Türk deməliydilər? Bu devlətlərin demək olar bütünü öz soy, eləcə də boylarının adını devlətlərinə vermişdilər. Bu gün indi Tatar, Başkort, Qazaq, Qırğız, Uyğur... deyəndə Türk olmurlarmı? Çox gülünc, eləcə də anlamsız bir anlayış dar düşüncə biçimi.
9- Quzey Azərbaycanı Güney Azərbaycandan bütün yönləriylə düşməncə ayrı göstərmək budunbətim (etnoqrafi) tanımlamasıyla doğrumudur? Güney Azərbaycan Türkündən Quzey Azərbaycan Türkünü yalnızca 200 illik tarix ayırır. Bu gün budunbətim ölçütlərinə görə toplumsal, əkinsəl, düşünsəl ayrıcalıqlarına belə baxsan, Güneylidən Quzeylini ayırmaq olanaqsızdır. 200 il az bir sürə deyil. Bu ikiyüz ildə, iki ayrı egemən budunun (fars, rus) əkinsəl, dinsəl, düşünsəl egemənliyi altında düşüncə yaşamı, sözcük yaşamı neçə kəz dəyişimə uğrasa da, bir-birini ən yaxşı qavrayan yenə Güneylə, Quzey Azərbaycan Türkləridir. Bunları budunbətim açısından bu gün ayırmaq olanaqsızdır. Yalnız Mirzə Cəlilin "Anamın kitabı"nda olduğu kimi qardaşlar oxuduqları bitiklərdə olan düşüncələrlə sözlərlə ayrıcalıqlıdılar. Düşünün çağımızda düşüncə, sözcük yaşamı 2-3 ilə enmişdir. Bu gün bir Güney Azərbaycan Türkü min illərdir yaxın bölgədə yaşayan Xələc, Sonqur, Əbiverdi, Qaşqay, Türkmən... Türklərindən çox, yenə 200 ildir ayrı düşən Quzey Azərbaycanlıyla anlaşmaqda sorun yaşamaz. 200 il içində dil qonusunda da bölgəsəl ağız ayrıcalığı dışında o dənli sorun yoxdur. İndi bu gün Güney Azərbaycanlını iranın siyasətnə uyğun düşməncə Quzey Azərbaycanlıya özgə göstərmənin hansı bir məntiqsəl yönü ola bilər? İki egemən budunun egemənliyi altında 200 il qalan Azərbaycan Türkü, doğal olaraq budunəkin (etnokültürəl) açıdan gözə çarpmayacaq biçimdə ayrıcalıq göstərə bilir. Ancaq, bu İki Azərbaycan Türkünü ayrı göstərməyə nədən deyildir. Bu çağın sürəc açısından ayrı gəlişən iki toplumun gəlişimi sonucuna bağlıdır.
10 – Budunbilim (etnoloji) açısından da Türkeli söyləmi çox sorunludur. Quzey Azərbaycanı bu xəritəyə almaz. Ancaq Xəzər dənizinin güney bölgəsində çoxunluğu gilək, mazəndəranlıdan oluşan bölgəni içinə alar. Ərəkləri (hədəfləri) uyduruq yaydırıcı bir düşüncəylə Güney Azərbaycanda gəlişməkdə olan devinimi iran içində boğmaqdır. Bu xəritə iran siaysətinin istəyi gərəyi onun bütünlüyünü bir yolla qorumaq deməkdir. Çağımzda dilin, bilimin, düşüncənin 2-3 il sürəylə iki qat dəyişimə uğramasıyla fars şoven siyasətinin əritmə (asimlə) maşınına sürə tanımaqdır.
11- Biçimlənməkdə, gəlişməkdə, əkinsəl, siyasal qurumlaşmaqda olan Güney Azərbaycan devinimini beşinci qol kimi iç savaş, dartışma ortamına sürükləyib, irançılıq yönlü siyasətə sürükləməkdir.
12- Bu gerçək bir düşüncə terorudur. Güney Azərbaycan tarix boyu Türk sözünü üzərindən atmamış, günümüzə kimi Türk kimliyini daşımışdır. Bunu yazıb oxuması olmayan insanlar belə bu kimliyin bilincindədirlər. Güneylidən kimlik soruşsan "Mən Türkəm" deyər. İran 90 ildir bütün gücünü bu kimliyi aradan aparmaq üçün qoysa da başarı sağlamamışdır. Güneyli övünərək bilkili olaraq "Haray, haray mən Türkəm!" demişdir, deməkdədir. İran siyasətçiləri artıq Güneylini bu kimlikdən ayrılmasını olanaqsız sayırlar. Ancaq çağın ilətişim qoşullarının egemənlikləri əllərində olduğu üçün əritmə sürəsi istəyirlər. Türkeli söyləmi də Güney budunsal devinimində əritmə sürəsini uzatmaq üçün gündəmə gətirildi. Vətən anlayışı olmayan bir budunsal devinim hansı starateji üzərində savaş apara bilər? Hansısa bir tarixsəl, birlimsəl dayanağı olamayan olqunun nə biçimi düşünsəl olaraq dartışıla bilər? Bu Güney Azərbaycanın budunsal devinimini nədənsiz düşüncə terroruna götürür. Güney Azərbaycanda bilgisiz budunçuluq sloqanlığa sürüklənməyə eyəlmli olduğu üçün, bu terror etgili ola bilər. Gəncliyi yox edib, iranın əritmə maşınında öldürər.
13- Casuslara özəl olan düşüncə yoxsunu, ürkək bir taktik. İngilis yazıçı V. S. Maughamla bağlı bir ələşdiridə belə deyilir: "Onun yaratdığı karakterlərdə öksüzlüyündən çox casusluğunun ürkək , qorxaq karakterlər gözə çarpır." Türkeli yaradıcıları da düşüncələrində qısır döngüyə çarpıldıqları təkin, qarşı qoyulan düşüncə qarşısında qorxaqdırlar. Buna görə dartışma başlayan kimi qaçışı seçirlər. Bunun örnəyini geçən yazıda açdıqları özəl facebook qrupunda onlarla dartışmada anlatmışdım. Qorxularının nədəni bütün yönləriylə ürkək casusluq faktorudur. Çün, hansısa bir bilimsəl, düşünsəl dayanaqları yoxdur.
Sən demə burada Babək Cavanşır ibn (oğlu) Mehran Baharlını gözəlcə tanımlaya bilmişəm.
İran İslam ensiklopediyasının (öncə dairətül marif, sonra daha farslaşdırıb Daneşname etdilər) yanında Osmanlı, Anadolu, Balkanlar bölməsində iranın bu bölgələriylə yanaşı onların irana etgi, təpgiləriylə bağlı da düşüncə ürətilir. Bu bölmədə Quzey Azərbaycanla Türkiyəylə bağlı yetişdirilən uzmanlar var. Bunlar Güney devinimini içdən, dışdan etgisizləşdirməyə yönəlik çalışırlar. Güneydə devnimin içində yön verəcək adamları olduğu kimi, Güneyi etgiliyəcək, Türkiyəylə, Quzey Azərbaycanda da yerli, eləcə də öz adamları vardır. Bu gün Baharlının, eləcə də Babək Cavanşirlərin yazıları da adını çəkdiyim öbəkdə hazırlanır, onlar hazırlananları internetin aracılığıyla türlü yerlərdə yayırlar.
Rza Zərrab kimi bir iş adamını, Zindəşdi kimi bir uyuşduru qaçaqçısını Türkiyədə devlət adamlarının qucağında bəsləyən iran güvənliyi, Babək Cavanşiri MİT-in qucağına atıb böyütməzmi? Bilindiyi kmi AKP Türkiydə devlət güvənlik qurumlarında çoxlu boşluqlar yaratdı. Sözsüz iran da bundan yararlandı.
Babək Cavanşırlər yalnız Güney Azərbaycanın budunsal devinimini Güneydə etgisiz etmirlər. Güneyi bəsləyən düşüncə damarlarını Türkiyədə, Quzeydə kəsib yox edirlər. Adam bu gün Türkiyədə yaşayan bütün bacarıqlı Güneyli düşüncə insanlarının qarşısında durub, onları etgisiz duruma düşürübdür. Onlar daha açıqca Azərbaycan yönlü düşüncə düzəninə düşünsəl olaraq kömək etmirlər. Bu gün onları Güney devinimindən yalıtmaq, ancaq Babək Cavanşirlərin Türkiyədə iran
güvənliynin başarısıyla olmuşdur. Aldığım bilgilərə görə Babək Cavanşir çəkinmədən açıqca MİT-in görəvlisi olduğunu deyir, Azərbaycançılıq düşüncəsini yayan, Güneyli, Quzeylilərə qarşı güc göstərir. Onları işlərindən, bilimyurdlarından atdırır. Kimsə sormur, özünü bilm adamı kimi göstərən biri , nədən bilim insanlarına qarşı güc göstərir? Bilim insanı olan biri nə bilimsəl, nə fiziksəl hansısa bir gücə sığınmaz.
Nə azıq iran aldadılımış Türkiyə güvənlik budunçu gücləriylə biz Türklərin saqqalına gülür.
3-4 il öncə Güneydən tanıdığım bir yoldaş Eyvaz Tahanın da Türkiyəyə getmək istədiyini yazdı mənə. Görünür Babək Cavanşırlər Türkiyədə başarılı oldular. Tahaya Güneydə gərəksim vardır, orada saxladılar.
Duydum Türkyədə bir sürə yaşayan Davud Turanın, Türkiyədən çıxmadan öncə Babək Cavanşırlə bağlı ittihamlı bir yazısı olmuşdur. Ancaq indi adamın arxasında iki devlət durduğu üçün kimsə daha ona qarşı yazmaq istəmir.
Düşüncə yoxsunu Türkeli söyləminə qarşı bizdən düşüncə istəyənlərlə Türkiyənin yuxuda yatan güvənlik güclərini də qutlamaq bizə düşər. Nə edəlim Dədə Qorqudda boşuna deyilmir: " Oğuzun başına nə gəldisə, yuxudan gəldi."

Ərsan Ərel
Helsinki/Finlandiya
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed