Şrift:
“Mançester Siti” tarixində yeddinci dəfə İngiltərə kubokunun qalibi olur
02.03.2020 [08:37] - İdman
Martın 1-də futbol üzrə İngiltərə kubokunun final görüşü keçirilib. “Vembli” stadionunda keçirilən görüşdə “Aston Villa” klubu “Mançester Siti” ilə üz-üzə gəlib. Görüş Mançester təmsilçisinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Oyunda hesabı 20-ci dəqiqədə Serxio Aquera açıb. Qoldan 10 dəqiqə sonra Rodri dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Birinci hissənin başa çatmasına dörd dəqiqə qalmış “Aston Villa” qollardan birinin əvəzin çıxıb. Mvana Samatta adını tabloya yazdırıb. Fasilədən sonra hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Mançester Siti” ardıcıl üçüncü və tarixində isə yeddinci dəfə İngiltərə kubokunun qalibi olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 82 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed