Şrift:
İtaliya A Seriyası: “Kalyari” - “Roma” oyununda yeddi qol vurulub
02.03.2020 [08:40] - İdman
Martın 1-də İtaliya A Seriyasında 26-cı turun növbəti oyunu keçirilib. “Roma” səfərdə “Kalyari”nin qonağı olub. Qol baxımından məhsuldar oyunla yadda qalan görüş 4:3 hesabı ilə “Roma”nın xeyrinə başa çatıb. Paytaxt təmsilçisinin heyətində Nikola Kaliniç (2), Jastin Klayvert və Henrix Mixitiryan, meydan sahiblərinin isə Joao Pedro (2) və Qaston Pereiro fərqləniblər. Bu qələbədən sonra “Roma” xal ehtiyatını 45-ə çatdıraraq beşinci yerdə qərarlaşıb. “Kalyari” isə 32 xalla 11-ci yerdədir. Qeyd edək ki, A Seriyasının bu həftə baş tutmalı olan “Yuventus”-“İnter”, “Milan”-“Genoa”, “Parma”- SPAL, “Sassuolo”-“Breşiya” və “Udineze”-“Fiorentino” oyunları təxirə salınıb. Görüşlər mayın 13-ü keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed