Şrift:
Mağazadan 15 min manatlıq geyim əşyaları oğurlayan şəxs saxlanılıb
02.03.2020 [08:43] - Hadisə
Paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağazanın direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 min manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini isə kassaya daxil etməyərək mənimsəyib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.
Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyektdən oğurluq etdiyini etiraf edib. Faktla bağlı Çingiz Rəhimov barəsində Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 70 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed