Şrift:
9 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlayan şəxs yaxalanıb
02.03.2020 [08:45] - Hadisə
Yasamal rayonu ərazisində vətəndaşlara məxsus doqquz avtomobildən və iki evdən pul və məişət əşyaları oğurlamaqda habelə S.İsmayılova qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Həsənov rayon polis idarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 24-də Xəzər rayonundakı evlərin birindən 550 ABŞ dolları və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri olan iki yeniyetmə kriminalistik tədqiqatlar idarəsinin və rayon polis idarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed