Şrift:
Paytaxtda üç narkotacirdən iki kiloqramdan çox heroin götürülüb
02.03.2020 [08:47] - Hadisə
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Naxçıvan şəhər sakini F.Qarayev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Füzuli rayon sakini V.Novruzov davam etdirilən tədbirlərlə saxlanılıb. Ondan 24 qrama yaxın heroin aşkarlanıb.
V.Novruzova narkotik vasitəni satmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Rəsulov da yaxalanıb. Şəxsi axtarış zamanı ondan 250 qramdan çox heroin, 2 qram metamfetamin, 1 ədəd elektron tərəzi, evindən isə 2 kiloqram heroin aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 72 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed