Şrift:
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi həyata keçirilib
02.03.2020 [08:59] - Gənclik
Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin “C” kateqoriyası üzrə qalib olmuş “Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi çərçivəsində Binəqədi Gənclər evində tədbir keçirilib. Gənclər Təşkilatları Milli Şurasından bildiriblər ki, layihənin məqsədi dövlətimizin başçısının “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamı, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq 2020-ci ilin prioritetlərindən olan könüllülük fəaliyyətinin gənclər arasında təşviqidir.
Hər gün 20 nəfər olmaqla ümumilikdə 80 nəfərin iştirakı ilə keçirilən tədbirin açılışında layihə rəhbəri Günayə Məmmədova layihə və Gənclər Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Sonra tədbir təlimçi Fəxri Məmmədlinin könüllülük fəaliyyətində gənclərin karyera və şəxsi həyatda uğur əldə etmək, həmçinin liderlik, ünsiyyət və sosiallaşma bacarıqlarının inkişafına dair nəzəri təlimlər və praktiki oyunlarla davam edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed