Şrift:
Daşınmaz əmlakın səyyar qeydiyyatı xidməti Bakının qəsəbə və kəndlərində
02.03.2020 [12:28] - İqtisadiyyat
Daşınmaz əmlakın qeydiyyatı xidmətlərində əlçatanlığın və mülkiyyət hüquqlarının geniş təminatı məqsədilə mart ayı ərzində səyyar kampaniya Bakı şəhərinin kənd və qəsəbələrində keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, müxtəlif səbəblərdən ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər. Səyyar xidmət martın 2-6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində təşkil ediləcək. Sakinlərin xidmətdən çevik və rahat istifadəsinə imkan yaradan mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 nömrəli avtobusun son dayanacağı) olacaq.
Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbəsindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək. Xidmətdən istifadə etmək istəyənlər daşınmaz əmlak qeydiyyatı üzrə sənədlərin qəbulu, hüquqi yardımın göstərilməsi və suallarının cavablandırılması üçün saat 10:00-dan 17:00-dək səyyar ofisə müraciət edə bilərlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed