Şrift:
100 mindən çox suriyalı qaçqın Türkiyəni tərk edərək Avropaya üz tutdular
02.03.2020 [12:39] - Siyasət
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz "Twitter" səhifəsində yazıb. Nazir bildirib: "Saat 19:40 üçün ölkəmizi Edirne vasitəsilə tərk edən qaçqınların sayı 100 577 nəfər təşkil edir".
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaçqınlar üçün Avropa İttifaqı ilə sərhədin açıldığını bildirib.
Qeyd edək ki, suriyalı qaçqınlar Yunanıstan vasitəsilə Avropa ölkələrinə üz tutmaq üçün çox ciddi şəkildə dirənişlər göstərirlər. Belə ki, Yunanıstan tərəfi bütün sərhədlərini suriyalı qaçqınların üzünə bağlamaqla yanaşı, gözyaşardıcı qaz silahları ilə onları geri çəkilməyə məcbur etmək siyasətini yürüdür. Beləliklə də qaçqınlarla Yunan polisi neçə gündür üz-üzə qalıblar. Onlar nə geri çəkilmək, nə də irəli getmək kimi problemlərlə qarşılaşıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed