Şrift:
Koronavirus Güney Azərbaycanı bürüyür, Qəzvində virusa yoluxanlardan biri həyatını itirib
02.03.2020 [13:10] - Güney Azərbaycan xəbərləri
Son bir neçə gün ərzində Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan soydaşlarımızın sayı kəskin artmaqdadır. Artıq Qəzvin şəhərində bu virisdan daşıyıcılarından birinin öldüyü bildirilir.
Başkənd Təbrizdəki Tibbi Universitetinin rektoru yerli “Səhənd” telekanalına verdiyi açıqlamada təmsil etdiyi bölgədə 15 nəfərin virusa yoluxduğunu, 3 nəfərin isə virusdan öldüyünü bəyan edib.
“Təbriz əyalətinin bütün bölgələrində koronavirus problemi yaşanır. Şəhərlərdə xəstəxanaya yerləşdirilən xəstələrdən 10 dəfə çox virus daşıyıcısı var. Onlar xəstəliyi yaya bilərlər. Təbriz, Marağa, Şəbistər, Həştrud, Binab, Miyana və Sarab və digər şəhərlərə bu problem aktualdır.”- deyə Məhəmməd Hüseyn Somi bildirib.
Universitet rektorunun sözlərinə görə, virusun yayılması ilə bağlı gələcək iki həftə Güney Azərbaycanın Doğu Əyaləti üçün xüsusi əhəmmiyyət daşıyır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed