Şrift:
Koronavirusun yayılması ilə bağlı Əhər həbsxanasında tutuqlu milli fəallar aclıq elan etdilər
02.03.2020 [13:23] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Əhər şəhərindəki zindanda koronavirus yayıldıqdan sonra burada qanunsuz olaraq tutuqlu saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Saleh Molla İbrahimi və Süleyman Kazimi aclıq aksiyasına başlayıblar.
Əldə etdiyimiz bilgilərə görə Əhər zindanında bir neçə məhbus koronavirusa yoluxub. Zindan rəhbərliyi belə, bu xəstəliyə yoluxanların karantinə alındığını iddia edibdir.
Aclıq elan etmiş milli fəallar həbsxana rəhbərliyindən siyasi məhbusların saxlandığı korpusu adi məhbusların bölümündən ayırmasını tələb ediblər. Lakin onlar bu tələblərinə görə ağır şəkildə işgəncə edilib, feallar hazırda aclıq aksiyası keçirməkdədir. Onu da qeyd edək ki, adlarını çəkdiyimiz milli ölkə televiziyalarında yayımlanan məlum təhqiramiz “Fitilə” verilişinə edilən etirazlarla əlaqədar saxlanılıb və həbs cəzasına məhkum ediliblər. Məhkəmə Saleh Molla Abbasini 10 ay, Süleyman Kazimini isə 7 ay azadlıqdan məhrum edib.
Son günlər dəfələrlə müxtəlif insan hüquqları qurumları İran rejiminə müraciət edərək ölkədə koronavirusun yayılması ilə əlaqədar siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıblar.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed