Şrift:
Güney Azərbaycanda “Meşə kitabı” animasiyası nəşr olunub
02.03.2020 [13:55] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizdə “Meşə kitabı” adlı animasiyası türk dilinə dublyaj edilib. Animasiya “Kirpi” nəşr evinin xüsusi təşəbbüsü və bir qrup Güney Azərbaycan gəncin əməkdaşlığı ilə dublyaj edildikdən sonra nəşr olunub. “Kirpi” müəssisəsi uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşr evi uşaqlar üçün çox sayda türkcə kitab və mədəniyyət sahəsinə aid olan materiallar hazırlayaraq nəşr edir.
“Meşə kitabı” animasiyası Moqli adlı bir uşağın hikayəsidir. Uşaq meşədə vəhşi heyvanlar içində böyüyüb. Yırtıcı bəbirin gəldiyi xəbəri yayılınca, bir pələng uşağı meşədən qurtararaq insanlara çatdırmağa hazır olur. Maraqlı animasiyanı Bayquş saytından Download edə bilərsiniz. Bundan əvvəl “Super qəhrəmanlar”, “Balaca rəis”, “Heyvanlar şəhəri” və “Oynatmalı nağılı 3” animasiyaları azərbaycanlı gənclər tərəfindən türk dilinə dublyaj edilib.
Türkcə filmlərə sosial tələb olduğu üçün son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed