Şrift:
Türkiyəli hüquqşünaslar: Xocalıda törədilənlər soyqırımıdır
03.03.2020 [09:27] - Xəbərlər, Siyasət
Azərbaycanın Türkiyədəki səfirliyi və bu ölkənin Vəkillər Kollegiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ankarada və İstanbulda konfranslar təşkil edib.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanan konfranslarda iki ölkəni təmsil edən tanınmış hüquqşünaslar, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film və faciəyə dair fotosərgi nümayiş olunub.

Konfranslar rəsmi hissə və panellərdən ibarət olub. Rəsmi hissələrdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Vəkillər Kollegiyasının İstanbul bölməsinin sədri Mehmet Durakoğlu və başqaları çıxış ediblər.

Panellərdə tanınmış vəkillər, digər sahələrdə çalışan hüquqşünaslar, ictimai fəallar çıxışlarında Xocalıda törədilən tarixi cinayətin Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı aktı olduğunu əsaslandırıblar.

Çıxışlarda Xocalı soyqırımının məqsədləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyəti, bu çərçivədə görülən işlərdən bəhs olunub.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed