Şrift:
Çində koronavirusdan ölənlərin sayı 2943 nəfərə çatıb
03.03.2020 [09:29] - Sağlıq, Bildiriş
Çində yeni növ koronavirusdan ölənlərin sayı sutka ərzində 31 nəfər artaraq 2943 nəfərə çatıb, habelə 47,2 min nəfər bu xəstəlikdən sağalıb.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sutka ərzində 31 nəfər ölüb, təxminən 2,8 min nəfər xəstəxanadan evə buraxılıb. Yeni növ koronavirusa yoluxanların sayı 80,1 min nəfəri ötüb.

Ölüm hallarının hamısı Xubey əyalətində olub, ondan 24-ü Uxandadır. Xubeydə daha 114 nəfər xəstəliyə yoluxub. Bazar ertəsi əyalətdə 2,4 mindən çox insan xəstəxanalardan evə yazılıb.
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed