Şrift:
Türkiyə Superliqası: “Başakşəhər” doğma meydanda qələbə qazanaraq liderliyə yüksəlib
03.03.2020 [09:36] - İdman
Türkiyə Superliqasının XXIV turunun sonuncu qarşılaşmalarında “Başakşəhər” doğma meydanda “Qaziantep”i qəbul edib.

Görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

Günün digər matçında isə “Kayserispor” doğma meydanda “Göztəpə”ni minimal hesabla məğlub edib - 1:0.

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 49 xalla “Başakşəhər” klubu liderlik edir. “Trabzonspor”, “Qalatasaray” və “Sivasspor” klubları 48 xalla müvafiq olaraq iki, üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə “Beşiktaş” (40 xal), “Alanyaspor” (39 xal), “Fənərbağça” (39 xal) və digər komandalar qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 324 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed