Şrift:
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub
03.03.2020 [09:49] - Hadisə
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə doqquz nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, iki nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed