Şrift:
Paytaxtda itkin düşmüş kimi axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib
03.03.2020 [09:52] - Hadisə
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-dan martın 2-dək 29 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 6-sı əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayətlərin 6-sı xuliqanlıq, 6-sı narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 faktın üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 6 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 50 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed