Şrift:
Gənclər Fondu Seysmoloji Xidmət Mərkəzinin gənc əməkdaşlarını təltif edib
03.03.2020 [10:16] - Gənclik
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları Fatma Ələkbərova, Nərgiz Həmişə və Yeganə Muradova Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən sertifikatla təltif ediliblər.
Mərkəzin informasiya şöbəsindən bildiriblər ki, qurumun əməkdaşlarına mükafat Azərbaycan Respublikası Gənclər Fondunun “C” kateqoriyası üzrə 13-cü qrant müsabiqəsində “Xəritələrin innovativ (CIS) üsulla tərtibi yarışması” layihəsində iştirak etdiklərinə görə verilib. Qeyd edək ki, tədbir Binəqədi “Gənclər Evi”ndə keçirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed