Şrift:
Nazir müavini: "Azərbaycanda "Hökumət Buludu" konsepsiyası icra edilir"
03.03.2020 [11:44] - Xəbərlər
Bunu Bakıda II Beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində təşkil olunan "Təhlükəsiz Hökumət Buludu" mövzusunda keçirilən konfransda çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, bu konsepsiya xərclərin azaldılması və səmərəliliyin artırılması, qurumlar arası əlaqələr və qurumlardakı sistemlər arası inteqrasiyanın sadələşdirilməsi yolu ilə dövlət qurumlarının bütün istifadəçi qruplarına dövlət xidmətlərinin göstərilməsi, bütün hökumət yanaşmasında məlumatları paylaşmaq yolu ilə yeni rəqəmli hökumət xidmətlərinin qanunvericiliyə uyğun olaraq vətəndaşlara və biznes subyektlərinə təqdim edilməsi təmin olunur. Nazir müavini qeyd edib ki, "Hökumət buludu"nun yaradilması dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturunun qurulması və standartlarının formalaşması tədbirlərinin əlaqələndirilməsinə, dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanma xərclərinin azaldılmasına, dövlət orqanları üçün mərkəzləşdirilmiş, təhlükəsiz, dayanıqlı infrastruktur yaradılmasına xidmət edəcək.
E. vəlizadə əlavə edib ki, dövlət orqanlarının, həmçinin özəl qurumların mövcud data mərkəzinin texniki imkanlarından istifadəsi üçün zəruri addımlar atılacaq, o cümlədən normativ hüquqi aktlar üzrə müvafiq təkliflər hazırlanacaq.
"İlk növbədə, dövlət sektorunda mövcud olan texniki proqram resurslarından səmərəli istifadəni, onların saxlanmasının effektiv təşkili, bu fəaliyyətə xərclərin azaldılması yolu ilə sözügedən sistemlərin məhsuldarlığının artırılması, onlardan istifadəni genişləndirilməsi və yeni xidmətlərin tətbiqi təmin ediləcək", - deyə nazir müavini bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed