Şrift:
Qardaş ölkələrin hərbi ittifaqı yaradılacaq
27.09.2012 [14:15] - Hərb
Azərbaycan və Türkiyə hərbiçilərindən ibarət birgə hərbi birləşmənin yaradılmasına ehtiyac var. Siyasi analitiklər hesab edir ki, bölgədə qüvvələr balansının qorunmasında fəal iştirak edən Azərbaycanın hərbi sahədə Türkiyə ilə əlaqələri möhkəmləndirməsi bölgə üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq üçün konkret qanun layihəsinə ehtiyac yoxdur. Bu, 2011-ci ildə tərəflər arasında imzalanmış «Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» müqavilənin təsdiq edilməsi barədə 19 yanvar (January) 2011-ci ildə qəbul olunmuş qanunla tənzimlənə bilər. Təklifin müəllifi, millət vəkili Zahid Oruc deyir ki, Türkiyə silahlı qüvvələrinin şəxsi heyətinin sayı 800 mindən artıqdır. İlk dövr üçün briqada və ya bölük səviyyəsində Azərbaycan və Türkiyənin əsgəri qüvvələrini vahid bir araya gətirmək, təlim, tədris və xidməti eyni proqram şərtlərinə tabe etdirmək olar. Qafqazda geiosiyasi proseslərdə söz sahibinə çevrilən Türkiyə və bölgədə iqtisadi dayaqlarını möhkəmləndirən Azərbaycan arasında hərbi əməkdaşlıq bütövlükdə bölgə üçün əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın təhlükəsizliyi baxımından mühüm qiymətləndirilir. Millət vəkili Zahid Oruc hesab edir ki, sentyabrın 11-də prezident İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş və 2 ölkənin birgə fəaliyyət qərarları hər 2 ölkəyə hərbi birliklərini formalaşdırmağa keçid deməkdir. Azərbaycan çox böyük gücə malik olan Türkiyənin hərbi quruculuq sistemini model kimi qəbul etməklə silahlı qüvvələrini modernləşdirməklə yeni risklərə, çağırışlara hazır olmalıdır. Bunun bölgədə doğuracağı nəticələrdən narahatlığıa gəlincə, Yeri gəlmişkən, yaxın vaxtilarda Rusiya özünə məxsus hərbi bazaların yerləşdiyi daha 10 məntəqəni təhvil-təslim edilərək, Ermənistana verməyə hazırlaşır. Bu, Rusiya hökuməti Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair 2 ölkə arasında imzalanmış protokol qüvvəyə mindikdən sonra həyata keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə erməni tərəfilə danışıqlar aparmaq və sənəddə heç bir prinsipial (əsasi, üsuli) dəyişiklik edilmədən proktol imzalamaq tapşırılıb. Protokolda hərbi bazanın yerləşəcəyi 30 məntəqənin siyahısı öz əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed