Şrift:
Türkiyə Prezidenti Rusiyaya işgüzar səfər edəcək
03.03.2020 [14:15] - Xəbərlər, Siyasət
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də görüşəcəklər.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Türkiyə Prezidenti martın 5-də Rusiyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Rusiya dövlətinin başçısı ilə görüşəcək.

Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriya münaqişəsinin həlli məsələlərini müzakirə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed