Şrift:
Şərqi Azərbaycanda Koronavirusdan ölənlərin sayı 4-ə çatıb
03.03.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətində koronovirusdan ölənlərin sayı dörd nəfərə çatıb. Bu haqda Təbrizin Tibb Universitetinin rəisi məlumat verib.

Məhəmməd Hüseyn Sominin dediyinə görə, Şərqi Azərbaycanda 48 nəfərdə koronavirus aşkarlanıb, bunlardan isə, dörd nəfər canını itirib.

Somi əlavə edib ki, koronavirus testlərinin cavabları tədricən bəlli olduqca yoluxanların sayının daha artıq olması ehtimal olunur.

Onun dediyinə görə, virusa yoluxanların əksəriyyəti hazırda Təbriz xəstəxanalarında müalicə alırlar.

Eyni zamanda Güney Azərbaycanın Xoy bölgəsində də ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib.

Xoy Tibb Universitetinin rəisi, Fatimə Müqəddəm Təbrizinin dediyinə görə Xoyda koronavirus şübhəsi ilə 11 nəfərdən analiz götürülüb və bunlardan birində yoluxma hali aşkarlanıb.

Beləliklə Qərbi Azərbaycan əyalətində 124 nəfər şübhəlidən beş nəfərinin koronavirusa yoluxması təsdiqlənib.
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed