Şrift:
Bakı Ali Neft Məktəbi növbəti dəfə əsaslı dezinfeksiya edilib
03.03.2020 [16:12] - Xəbərlər, Sağlıq
Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində (BANM) təxirəsalınmaz tədbirlər davam etdirilir.

BANM-dən bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisəsində müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, tələbə yataqxanası növbəti dəfə “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.

Aidiyyəti struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed