Şrift:
“Çelsi” klubu “Liverpul”u məğlub edərək dörddəbir finala yüksəlib
04.03.2020 [09:39] - İdman
Martın 3-də futbol üzrə İngiltərə kubokunun (FA) səkkizdəbir final mərhələsinin ən maraqlı qarşılaşması keçirilib. “Stenford Bric” stadionunda oynanılan görüşdə “Çelsi” klubu “Liverpul” komandasını qəbul edib. Görüş “Çelsi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
London təmsilçisinin heyətində Vilyam və Ros Barkli fərqlənib. Bu qələbədən sonra “Çelsi” dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Mərhələnin püşkatma mərasimi martın 5-də keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed