Şrift:
Əfqanıstanın Azərbaycandakı səfirinin otağı qarət edildi, 60 min manat oğurlandı
04.03.2020 [09:46] - Hadisə
Hadisə paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 20-də yerləşən inzibati binada baş verib. Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanay Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar. Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başladılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed