Şrift:
Azərbaycan və Moldova arasında əməkdaşlıq məsələləri müzakirə edilib
04.03.2020 [09:52] - Siyasət
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin Daxili İşlər naziri Pavel Voyku ilə görüşü keçirilib.

Səfirlikdən bildiriblər ki, görüşdə tərəflər ölkələrimizin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq, o cümlədən miqrasiya və cinayətkarlıqla mübarizə sahələrində imzalanan müqavilələri müzakirə ediblər.

Nazir ümumi məqsədlərə çatmaq üçün Azərbaycanın Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha sıx qurulmasının vacibliyini vurğulayıb. Səfir öz növbəsində söyləyib ki, əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, ikitərəfli işgüzar səfərlərin keçirilməsi, müvafiq dəstəyin verilməsi nazirliklər arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcək. Nazir Pavel Voyku Azərbaycan Daxili işlər naziri ilə dialoq qurmağa maraqlı olduğunu bildirib, həmçinin Azərbaycan həmkarını Daxili İşlər Nazirliyində fəxri qonaq kimi qəbul etməyə hazır olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed