Şrift:
Araz Əzimov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar getmir”
27.09.2012 [15:45] - Xəbərlər, Siyasət
“Mən mətbuatda tez-tez Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “danışıqlar” ifadəsi ilə rastlaşıram. Amma danışıqlardan çoxdan söhbət getmir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, hərdən ayrı-ayrı vaxtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq səviyyədə görüşlər keçirilir: “Amma konkret zaman çərçivəsində, gündəlik əsaslarda, eyni çərçivədə konkret məsələləri həll etmək üçün aparılan müzakirə prosesi hal-hazırda mümkün deyil. Ona görə də həmsədrlərin səfərləri təsirli ola bilməz. Onlar Azərbaycana gəlib burda mövqeyi öyrənirlər, Ermənistana da gedirlər, sonra isə beynəlxalq təşkilatlar çərçivəsində - BMT-də, ATƏT-də görüş keçirib müzakirənin davam etdiyini deyirlər”.
Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed