Şrift:
Penitensiar Xidmətin rəhbərliyi tərəfindən vətəndaşların virtual qəbulu keçirilib
04.03.2020 [10:02] - Hüquq
Azərbaycan Respublikası Prezidentinin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Vətəndaşların nazirlikdə, bölgələrdə və müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmaqla virtual qəbul məntəqələri vasitəsilə qəbuluna xüsusi önəm verilir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qurumun rəhbərliyi tərəfindən Gəncə, Şirvan, Şəki, Xaçmaz və İmişli regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.
Videoqəbulda vətəndaşların Penitensiar Xidmətin fəaliyyəti, məhkumları vaxtından əvvəl şərti azad etmə institutunun tətbiqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində həll olunub, qanunvericiliyin tələbləri ətraflı izah edilib, digər müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed