Şrift:
Bolnisinin Sarallar kəndində yeni məktəb binası inşa olunur
04.03.2020 [10:55] - Borçalı
Borçalı vilayəti Bolnisi rayonunun azərbaycanlılar yaşayan Sarallar kəndində yeni məktəb binası inşa olunur. Bu barədə Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşveliani məlumat yayıb. Tikinti prosesi ilə tanış olan deputatın sözlərinə görə, mövcud məktəb binası qəzalı olduğundan yerli əhali illərdir yeni binanın tikilməsini tələb edirdi. Q.Meşveliani bildirib ki, inşaat işlərinin 65%-i artıq başa çatdırılıb.
Natamam orta məktəb 60 şagird üçün nəzərdə tutulub. Bina müasir standartlara cavab verəcək və həyətində mini stadion da yaradılacaq. Təhsil müəssisəsinin 2020-ci ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 1505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed