Şrift:
Paytaxtda 9 oğurluq hadisəsinin üstü açılıb
04.03.2020 [11:38] - Bildiriş, Hüquq
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 11-i əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 2-si soyğunçuluq, 6-sı xuliqanlıq, 2-si narkotiklərlə bağlıdır. Oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed