Şrift:
“Traxtur”-“Nəssaci” görüşü ləğv olunub – koronavirusla bağlı
04.03.2020 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Qaimşəhrin “Nəssaci” komandası arasında gözlənilən görüş ləğv olunub.



Plana görə, görüş cümə axşamı günü, martın 4-də keçirilməli idi.



Futbol Liqası Təşkilatı İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində keçirilməli olan bütün yarışları ləğv edib. Bu qərar koronavirus ölkə şəhərlərini bürüdükdən sonra verilib.



İran mediasında yayılan məlumata görə, super liqanın bütün yarışları aprelin 1-dək təxirə salına bilər. Bu xəbər Liqa Təşkilatının rəsmisi Qulamrza Behrəvan tərəfindən təsdiqlənib.



Qeyd edək ki, hal-hazırda “Traxtur” komandası 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed