Şrift:
Ermənistan İranla sərhəddini üç həftəliyə bağlayıb
04.03.2020 [11:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistan Respublikası martın 3-ü sübh saatlarından başlayaraq İranla sərhəddini üç həftəliyə bağlayıb.



İranın “İsna” xəbər agentliyinin yaydığı xəbərə əsasən, rəsmi İrəvanın qərarı ilə dünəndən başlayaraq, İrandan qonşu ölkəyə sərnişin daşıyan avtobusların, eləcə də ticarət malları aparan yük maşınlarının Ermənistana girişi martın 24-ə qədər dayandırılıb.



Yayılan məlumata əsasən, hazırda rəsmi Tehran, iki ölkənin sərhədində gediş-gəlişə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Ermənistan tərəfi ilə danışıqlar aparır.



İki ölkə arasında sərhəddin üç həftəliyə bağlanmasının səbəbi isə, İranda koronavirusun geniş yayılması və Ermənistan tərəfinin bundan ehtiyatlanması ilə əlaqələndirilir.



Bildirilir ki, Ermənistan hökumətinin bundan əvvəl İranla gediş-gəlişə məhdudiyyət qoymasına baxmayaraq, martın 2-ə qədər iki ölkənin sərhəddində gediş-gəliş az da olsa davam edirdi.
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed