Şrift:
UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq
04.03.2020 [11:48] - Xəbərlər
UNEC ilə Danimarkanın Area9 Lyceum ApS şirkəti arasında adaptiv təhsillə sahəsində əməkdaşlıqla bağlı şirkətin İdarə Heyətinin sədri Ulrik Juul Kristensen universitetdə olub. UNEC-dən verilən xəbərə görə, UNEC rektoru, professor Ədalət Muradovla görüşdə U.J.Kristensenə universitet barədə ətraflı məlumat verilib. UNEC-in Avropanın və Amerikanın aparıcı universitetləri ilə ikili diplom proqramlarından bəhs olunub. Rəqəmsallaşmanın təhsil sahəsində ciddi dəyişiklikləri qaçılmaz etdiyini deyən Ə.Muradov, UNEC-in bu istiqamətdə uğurlu addımlar atdığını deyib. Rektor ölkədə ilk dəfə olaraq, UNEC-də distant təhsilə start verildiyini diqqətə çatdırıb. Urlik Kristsen adaptiv təhsilin əhəmiyyətindən söz açaraq, bu platformanın təhsil və korporativ təlim sahəsində səmərəliliyindən danışıb. Bildirib ki, adaptiv təhsil tələbənin, eləcə də korporativ sektorda çalışanların fərdi qabiliyyət və ehtiyaclarını maksimum dərəcədə nəzərə alan bir təhsil platformasıdır. Bu platformada elektron tədris sistemləri vasitəsilə təhsil alanların bilik səviyyəsinə uyğun olaraq, materiallar mətn, audio və video formatında təqdim edilir, materialın mənimsənilməsi qiymətləndirilir və kurs çərçivəsində sonrakı istiqamət müəyyənləşdirilir. U.Kristensen bildirib ki, adaptiv təhsil təhsilalana iki dəfə az müddətə kursu tam mənimsəməyə imkan verir. Görüşdə UNEC-lə ş Area9 Lyceum ApS şirkət arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor Ədalət Muradov adaptiv təhsil sahəsində də UNEC-in ölkədə yeni bir ilkə imza atacağını və bu istiqamətdə Area9 Lyceum ApS şirkəti ilə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib. Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Area9 Lyceum ApS şirkəti UNEC-də təhsil sahəsində və korporativ sektor üçün adaptiv təhsilin tətbiqi üçün proqram təminatı təqdim edəcək, eyni zamanda bu istiqamətdə texniki dəstək göstərəcək. Həmçinin UNEC müəllimlərinin adaptiv təhsil proqramlarını mənimsəməsi üçün təlimlərini və sertifikatlandırılmasını təşkil edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed