Şrift:
Ötən ay AQTA-ya 2376 müraciət daxil olub
04.03.2020 [12:06] - Xəbərlər
2020-ci ilin fevral ayı ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə ümumilikdə 2376 müraciət daxil olub. Daxil olan müraciətlərdən 599-u sertifikatlaşdırma və qeydiyyat, 636-sı idxal-ixrac əməliyyatları, 150-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub. Agentlikdən verilən məlumata görə, qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 25-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 833-ü isə digər xarakterli müraciətlər olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed