Şrift:
Güney Azərbaycanın zəlzələ bölgəsində durum acınacaqlı olaraq qalır
04.03.2020 [12:41] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Batı bölgəsindəki Qotur şəhərində baş verən zəlzələlərdən xəsarət alanlar hələ də acınacaqlı vəziyyətdə qar altında və çadırlarda yaşamağa məcbur. 41 ildir İran adlı ölkəni idarə edən molla rejimi ayrıseçkilik edərək evləri dağılan əhalini müvəqqəti evlə təmin etməyib. Onlar heç cur yardım da göstərilmir. Belə vəziyyət isə rejimin Sepah qurumu və mollalar Çindəm koronavirusu əhalinin canına salmışlar.
Qeyd edək ki, fevralın 23-də Qotur şəhərində 5.7 və 5.9 gücündə iki zəlzələ baş vermişdir. Zəlzələ ətraf kəndlərdə 6137 evə ziyan vurub. Zəlzələ bölgəsindən əldə edilən görüntülərdən görünür ki, zərərçəkənlər hələ də acınacaqlı şəraitdə yaşayırlar.
Zəlzələ bölgəsində uşaqlar ağır həyat şəraiti ilə bağlı üz-üzə qalıblar. Qışın ağır və soyuq durumunda olduğu bir dönəmdə həyatın ən acı fəlakəti nəticəsində daha da dözülməz haldadırlar. Zəlzələdən əziyyət çəkən əhalinin sosial ehtiyaclarına görə hökumətin etinasızlığı isə dəhşət saçır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 129 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed