Şrift:
Milli fəal Əmin Vəlizadə rejim tərəfindən tutuqlandı
04.03.2020 [12:53] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin mollakratiya rejiminin xüsusi cəza və zopa gücü hesab olunan “Sepah” qüvvələri Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan və Salmas şəhərinin sakini Əmin Vəlizadəni heç bir əsas olmadan tutuqlayıbdır. Milli fəalın fevralın 29-da tutuqlandığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, rejimin terrorçu və xüsusi cəza qüvvələri həmçinin milli fəalın evinə hücum edərək axtarış aparıb və ona məxsus şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu özləri ilə aparıblar. Milli fəal Əmin Vəlizadənin nə səbəbdən yaxalandığı və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed