Şrift:
“Traxtur” takımından yeni qərar: Yarışlar internetdə yayımlanacaq
04.03.2020 [13:00] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur” futbol takımı gələcək həftələrdə keçiriləcək super liqa yarışlarını internetdə yaymaq qərarına gəlib. “Traxtur” takımının İdarə heyətinin başqanı Abbas İlyasi yol verilən ayrı-seçkiliyə görə İran adlı ölkənin Teleradio Şirkətinin rəisinə məktub yazaraq stadionda Teleradio Şirkətinin çəkiliş aparmasına icazə verilməyəcəyini elan etdikdən sonra bu barədə qərar qəbul edilib.
Bu xəbər bəzi “Traxtur” tərəfdarları tərəfindən etirazla qarşılanıb. Onlar sevimli takımlarının görüşlərini izləmək istədiklərini bildirincə, “Traxtur” takımı bu barədə yeni qərar qəbul edib. Takım başqanlığı Teleradio Şirkətinin rəisinə elan olunan qərarın üzərində durduğunu vurğulayaraq elan edib ki, super liqa yarışları davam edəcəyi təqdirdə “Traxtur” görüşləri internet vasitəsi ilə yayımlanacaq. Komanda tərəfdarları bu şəkildə görüşləri izləyə biləcəklər.
Xatırladaq ki, ötən həftə “Traxtur” takımının genel qurul başqanı Abbas İlyasi takıma qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyini bildirmişdir. Bu barədə Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlamışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed