Şrift:
Yəhya Bahari “Urmu 90”nın super liqaya seçilməsi üçün çağırış edib
04.03.2020 [13:05] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın tanınmış “Urmiya 90” futbol takımının icraçı direktoru Yəhya Bahari komandasının İran adlı ölkənin çempionatının I dəstəsinin yarışlarında əldə etdiyi uğurlara işarə edərək klubun gələcək fəaliyyəti ilə bağlı məsullara çağırış edib.
O komandanın İran super liqasına seçilməsi üçün səlahiyyətli şəxslərdən yardım gözlədiyini bildirib.
“Bu komanda bir il yarım müddətində bir çox uğurlara imza atıb, İran çempionatının I dəstəsinin yarışlarında ən çox tərəfdarı olan komanda ləqəbini də qazanıb. “Urmiya 90” klubu bütün bunları ən az imkan, daha dəqiq desək 1 milyard tümənlik büdcə vəsaiti hesabına bacarıb. Ona görə də ekspertlərin çoxu bu komandanın super liqaya layiq olduğunu düşünür.”- deyə o bildirib.
Klubun icraçı direktoru vurğulayıb ki, hazırda “Urmu 90”nın cədvəlin ikinci komandası ilə yalnız 2 xal fərqi var. Ona görə də komandann super liqaya vəsiqə qazanacağına ümid edirik. Bu o zaman baş verəcək ki, məsullar bu istiqamətdə lazımi tədbirlər görüb, komandaya yardım etsinlər.
Qeyd edək ik, Qərbi Azərbaycana sırınan radikal kürddilli məsullar “Urmu 90” klubunun fəaliyyət göstərməsinə qarşıdır. Xüsusi ilə Güney Azərbaycanın Batı bölgəsi valisi Məhəmməd Mehdi Şəhriyari və yerli Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü bunu öz mövqelərində dəfələrlə göstərib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed