Şrift:
Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib böhranı ilə bağlı məsələləri müzakirə edəcəklər
04.03.2020 [15:56] - Xəbərlər, Siyasət
Rusiya və Türkiyə prezidentləri martın 5-də keçiriləcək görüşdə İdlib böhranı və onun aradan qaldırılmasına dair tədbirləri müzakirə edəcəklər.

Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

D.Peskov əlavə edib ki, dövlət başçıları böhranın yaranma səbəblərinə və onun mümkün ağır nəticələrinə, böhranın aradan qaldırılması yollarına dair məsələlər ətrafında müzakirələr aparacaqlar.
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin martın 5-də Moskvada görüşəcəklər.
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed