Şrift:
Musiqili Teatr “Cehizsiz qız”ı səhnəyə hazırlayır
05.03.2020 [07:27] - ---
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə böyük rus yazıçısı Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlayıb.
Sənət ocağının rus bölməsində hazırlanan əsərin quruluşçu rejissoru prezident mükafatçısı, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır. “Ostrovskinin bu əsəri maraqlı quruluşu ilə nəinki Akademik Musiqili Teatrın tarixində, eləcə də ölkəmizin teatr məkanında bir yenilik olacaq. Tam fərqli rakursda, gözlənilməz nüanslarla zəngin tamaşada caz musiqilərindən geniş istifadə olunacaq... İradə xanım əvvəllər də bizim teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Onun ölkəmizin hüdudlarından kənarda da məşhur teatrlarda da tamaşaya qoyduğu əsərlərin xoş əks-sədası bizi çox sevindirir.
Qeyd edək ki, musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçısı Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri əməkdar artist Emin Əliyev, xormeysteri əməkdar artisti Vaqif Məstanov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Tamilla Aslanova olan bu tamaşada rolları xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları ifa edəcəklər. Tamaşaçıları peşəkar aktyorla yanaşı, teatrın xor və balet artistlərinin də gözəl çıxışları gözləyir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed