Şrift:
“AGF Junior Trophy” beynəlxalq turnirində ölkəmizi beş gimnast təmsil edəcək
05.03.2020 [07:57] - İdman
Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq kişi idman gimnastikası üzrə birinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək.
AGF-dən verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 7 ölkədən gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.
Turnirdə ölkəmizi Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edəcəklər. Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed