Şrift:
Sumqayıtda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
05.03.2020 [08:00] - Hadisə
Sumqayıtda bu axşam yaşayış binasında partlayış olub, xəsarət alanlar var. Hadisə şəhərin 9-cu mikrorayonunda ev 71, mənzil 33 ünvanında qeydə alınıb. Partlayış qaz sızması nəticəsində baş verib. İnsident nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed