Şrift:
Borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılıb
05.03.2020 [08:06] - Hadisə
Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed