Şrift:
Ukraynaya yeni Baş nazir təyin edildi
05.03.2020 [10:21] - Siyasət
Ukrayna Ali Radası Denis Şmıqalı Baş nazir vəzifəsinə seçib. Deputatlardan 291-i onun Baş nazir vəzifəsinə namizədliyinin lehinə səs verib. D.Şmıqal bundan əvvəl Baş nazirin müavini vəzifəsində çalışıb. Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.
Xatırladaq ki, bundan öncə Ukrayna Ali Radası Aleksey Qonçaruku Baş nazir vəzifəsindən azad etmişdi. Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs vermişdi.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed